2020-ci ildə Naxçıvan MR-dakı bank və bank olmayan kredit təşkilatları hüquqi və fiziki şəxslərə 179,5 milyon manat kredit verib.
Bu barədə “Report”a yerli Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumata görə, bu, 2019-cu illə müqayisədə 25,3% çoxdur.
Ötən il verilmiş kreditlərin 18,9 milyon manatı və yaxud 10,5%-i qısamüddətli, 160,6 milyon manatı və yaxud 89,5 %-i isə uzunmüddətli kreditlər olub. Bu, əvvəlki ilin göstəriciləri ilə müqayisədə müvafiq olaraq 27,9% və 25% çoxdur.