Naxçıvanda sahibkarların kreditləşməsi 30% artıb

Naxçıvanda sahibkarların kreditləşməsi 30% artıb 2020-ci ildə Naxçıvan MR-da sahibkarlara 37,7 milyon manat kredit verilib.
Maliyyə
26 Yanvar , 2021 12:32
Naxçıvanda sahibkarların kreditləşməsi 30% artıb

2020-ci ildə Naxçıvan MR-da sahibkarlara 37,7 milyon manat kredit verilib.

Bu barədə “Report”a yerli Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, bu, 2019-cu illə müqayisədə 8,7 milyon manat və yaxud 29,8% çoxdur.

Ötən il verilmiş kreditlərin 16,9 milyon manatı yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə, 20,8 milyon manatı isə fərdi sahibkarlığın inkişafına sərf olunub. Bu, əvvəlki ilə nisbətən müvafiq olaraq 39%23,3% çoxdur.

Hesabat dövründə muxtar respublikada 37 hüquqi və 2 404 fiziki şəxs qeydiyyata alınıb. Bu isə illik müqayisədə 5,1% və 33,2% azdır.

Son xəbərlər

Orphus sistemi