Nazirlər Kabineti internet provayderləri ilə bağlı qərarına dəyişiklik edib

Nazirlər Kabineti internet provayderləri ilə bağlı qərarına dəyişiklik edib Nazirlər kabineti 12 oktyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması Qaydası”nda dəyişiklik edilməsi barədə qərarını şərh edib.
Maliyyə
10 İyun , 2021 18:41
Nazirlər Kabineti internet provayderləri ilə bağlı qərarına dəyişiklik edib

Nazirlər Kabineti 12 oktyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması Qaydası”nda dəyişiklik edib.

“Report”un məlumatına görə, bununla bağlı qəbul olunmuş qərarın şərhində bildirilir:

"Qərar “Telekommunikasiya haqqında” qanunun 13-1-ci maddəsinə uyğun olaraq internet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması sahəsində dövlət tənzimlənməsinin həyata keçirilməsi üzrə fəaliyyətin effektivliyini və operativlik səviyyəsini artırmaq məqsədilə qəbul edilib. Bu qərar internet telekommunikasiya xidmətlərini göstərən subyektlərin uçot prosesinin müasir tələblərə uyğun olaraq təkmilləşdirilməsinə, habelə normativ hüquqi akta əsaslanan uçota alınma üzrə prosedurların işlək mexanizm kimi tətbiqinin təmin olunmasına xidmət edəcək".

Son xəbərlər

Orphus sistemi