Nigeriya öz rəqəmsal valyutasını istifadəyə verəcək

Nigeriya öz rəqəmsal valyutasını istifadəyə verəcək Nigeriya prezidenti Məhəmməd Buxari yeni rəqəmsal valyuta "eNaira"nın istifadəyə veriləcəyini açıqlayıb.
Maliyyə
25 Oktyabr , 2021 05:23
Nigeriya öz rəqəmsal valyutasını istifadəyə verəcək

Nigeriya Prezidenti Məhəmməd Buxari yeni rəqəmsal valyuta "eNaira"nın istifadəyə veriləcəyini açıqlayıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Bankının press-relizində deyilir.

Qeyd olunur ki, Mərkəzi Bank bir neçə ildir ki, rəqəmsal valyuta yaratmaq imkanlarını araşdırıb. "eNaira" ölkə əhalisinin bütün təbəqələri üçün maliyyə əməliyyatlarını sadələşdirmək üçün nəzərdə tutulub.

Mərkəzi Bank vurğulayıb ki, bütün istifadəçilər, xüsusən də ölkənin kənd yerlərində yaşayan sakinlər və bank hesabı olmayan insanlar üçün sistemin rahat işləməsini təmin etmək üçün tərəfdaşlarla işləməyə davam edəcək.

Son xəbərlər

Orphus sistemi