ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) qərarları ərəfəsində bu gün qızılın qiyməti aşağı düşüb.
“Report” xəbər verir ki, Nyu-Yorkdakı “Comex” birjasında qızılın fevral fyüçersləri 0,21 faiz ucuzlaşaraq 1 768,85 USD/fl.oz-dan satılıb.
Qeyd edək ki, bu gün FED iclasında istiqraz alışlarının dayandırılması və faiz dərəcələrinin artırılmasına dair qərar veriləcəyi gözlənilir.