Ötən ildə təbii fəlakətlərin vurduğu ziyan açıqlandı

Ötən ildə təbii fəlakətlərin vurduğu ziyan açıqlandı Bunun başlıca amilləri Atlantik okeanının şimalında baş verən qasırğalar, habelə Kaliforniyadakı meşə yanğınları olub.
Maliyyə
19 Yanvar , 2021 14:05
Ötən ildə təbii fəlakətlərin vurduğu ziyan açıqlandı

Keçən ildə təbii və insan mənşəli fəlakətlərin dünya iqtisadiyyatına vurduğu ziyan əvvəlki ilə nisbətən 26,5 faiz artaraq 210 milyard ABŞ dollarına yaxındır.

“Report” xəbər verir ki, bu barədə dünyanın ən iri təkrar sığorta şirkətlərindən “Muenchener Rueckverisicherungs-Gesellschafts AG (Munich RE)” tərəfindən məlumat verilib.

Bunun başlıca amilləri Atlantik okeanının şimalında baş verən qasırğalar, habelə Kaliforniyadakı meşə yanğınları olub.

Qeyd edək ki, 2011-ci ildə Yaponiyanın Tohoku bölgəsində baş verən güclü zəlzələ və tsunami üzündən fəlakətlərin iqtisadi fəsadları rekord 354 milyard dollara çatmışdı.

Fəlakətlərin vurduğu ziyanın 2019-cu ildə 57 milyard dolları, ötən il isə 82 milyard dolları sığortalanıb. 2020-ci ilin 10 ən baha başa gələn təbii fəlakətin ABŞ ərazisində baş verən altısı bütövlükdə 95 milyard ABŞ dolları məbləğində ziyan vurub ki, bunun 67 milyard dollara yaxını sığortalanıb. O cümlədən avqust ayının sonunda Luisiana ştatını vuran 4-cü dərəcəli Laura qasırğasının yetirdiyi 13 milyard dollarlıq ziyanın 10 milyard dolları sığortalanıb. Həmçinin ölkənin qərb regionunda əsasən Kaliforniya, Kolorado, Oreqon ştatlarında tüğyan etmiş meşə yanğınları da 16 milyard dollarlıq ziyan vurub, bunun 11 milyard dolları sığortalanıb.

Asiya regionunda ötən il baş vermiş təbii fəlakətlərin isə yetirdiyi 67 milyard dollar məbləğində maddi ziyanın cəmi 3 milyard dolları sığortalanıb.

Son xəbərlər

Orphus sistemi