Adı ABŞ-da “qara siyahı”ya, səhmlərinin dəyəri isə 11 % aşağı düşdü

Adı ABŞ-da “qara siyahı”ya, səhmlərinin dəyəri isə 11 % aşağı düşdü Ticarətin açılışından bəri “Xiaomi”nin qiymətli kağızları 11,18% ucuzlaşaraq bir səhmi 29 Honkonq dollarına düşüb.
Maliyyə
15 Yanvar , 2021 11:27
Adı ABŞ-da “qara siyahı”ya, səhmlərinin dəyəri isə 11 % aşağı düşdü

Çinin ən böyük smartfon istehsalçılarından biri olan “Xiaomi”nin səhmləri şirkətin ABŞ-da “qara siyahı”ya salınmasından sonra cümə günü 11% ucuzlaşıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Honkonq Fond Birjasının məlumatları sübut edir.

Ticarətin açılışından bəri “Xiaomi”nin qiymətli kağızları 11,18 % ucuzlaşaraq bir səhmi 29 Honkonq dollarına düşüb.

Cümə axşamı “Reuters” ABŞ Müdafiə Nazirliyinin Birləşmiş Ştatlarda fəaliyyət göstərən və rəsmi Vaşinqtonun fikrincə, Çinin hərbi sənayesi ilə əlaqəli olan Çin şirkətlərinin “qara siyahısı”nı genişləndirdiyini bildirib. Siyahıya daha doqquz hüquqi şəxs, o cümlədən “Xiaomi” də əlavə edilib.

Bu korporasiya 2010-cu ilin aprelində qurulub və hazırda dünyanın dörd ən böyük smartfon istehsalçısından biridir. 2018-ci ildə şirkət Honkonq birjasında ilkin ictimai təklif (IPO) həyata keçirib. Son bir ildə onların qiyməti 180 % artıb. Keçən ilin dekabr ayının sonunda “Xiaomi”nin bazar kapitallaşması ilk dəfə 100 milyard ABŞ dolları səviyyəsini aşıb.

Son xəbərlər

Orphus sistemi