İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Baku Boulevard Gunaydın" MMC-ni dövlət qeydiyyatına alıb.
“Report” Nazirliyə istinadən xəbər verir ki, yeni şirkət “PAŞA Holdinq” MMC ilə eyni hüquqi ünvanda Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 153-də qeydiyyatdan keçib.
Onun nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi isə Türkiyə vətəndaşı Zencir Zaferdir.