“PAŞA Kapital İnvestisiya Şirkəti”nin xalis mənfəəti 3 dəfədən çox artıb

“PAŞA Kapital İnvestisiya Şirkəti”nin xalis mənfəəti 3 dəfədən çox artıb Maliyyə qurumu 2020-ci ili 2,78 milyon manat xalis mənfəətlə başa vurub
Maliyyə
17 May , 2021 10:45
“PAŞA Kapital İnvestisiya Şirkəti”nin xalis mənfəəti 3 dəfədən çox artıb

“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC 2020-ci ili 2,78 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 3,3 dəfə çoxdur.

Ötən il “PAŞA Kapital”ın vergiyəqədərki mənfəəti 3,469 milyon manat (əvvəlki ilə nisbətən 3,2 dəfə çox), mənfəət vergisi ödəmələri isə 689 min manat (3 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə “PAŞA Kapital”ın aktivləri 32,494 milyon manat olub ki, bu da illik müqayisədə 2,7 dəfə çoxdur. Hesabat dövründə investisiya şirkətinin öhdəlikləri 2,8 dəfə artaraq 26,904 milyon manata, balans kapitalı isə 2,2 dəfə artaraq 5,59 milyon manata çatıb.

Xatırladaq ki, “PAŞA Kapital” 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır. İnvestisiya şirkətinin səhmləri 100% daxil olduğu “PAŞA Holdinq” MMC-yə məxsusdur.

Son xəbərlər

Orphus sistemi