Pekində rəqəmli yuanın sınağı keçiriləcək

Pekində rəqəmli yuanın sınağı keçiriləcək Çinin paytaxtının bələdiyyəsi rəqəmli yuanın sınağına 1,5 milyon ABŞ dolları sərf etmək niyyətindədir
Maliyyə
8 Fevral , 2021 13:10
Pekində rəqəmli yuanın sınağı keçiriləcək

Çinin paytaxtı Pekin şəhərinin bələdiyyəsi rəqəmli yuanın sınağına 1,5 milyon ABŞ dolları sərf etmək niyyətindədir.

“Report” CNBC-yə istinadən xəbər verir ki, bu məqsədlə paytaxtda sınaqlarda iştirak etmək üçün müraciət edənlərdən seçiləcək 50 min nəfərə qarşıdan gələn ay - Yeni İl bayramı günlərində (10-17 fevral tarixləri) xərcləmək üçün 200 yuan (30 ABŞ dolları) məbləğində rəqəmli pul veriləcək. Həmin vəsait əvvəlcədən müəyyən edilmiş offlayn dükanlarda, yaxud JD.com alış-veriş portalında istifadə olunacaq.

Sınaqda Çin vətəndaşları, həmçinin bunun üçün icazə almış Honkonq, Makao, Tayvan sakinləri iştirak edəcəklər. Son bir neçə ay ərzində bənzər sınaqlar Şenjen və Sujou şəhərlərində də keçirilib.

Çin Xalq Bankı rəqəmli yuanın mocvud mobil tətbiqlər vasitəsilə də işləməsi üçün müvafiq addımlar atır. Belə ki, son illər “Alipay app” və “Wechat pay” kimi geniş istifadə olunan tətbiqlər artıq istehlakçı ödəmələrində üstün mövqeyə yiyələnib.

Rəqəmli pulların bütövlükdə nağdsız pulla eyni əsasla fəaliyyət göstərəcəyi bildirilir.

Son xəbərlər

Orphus sistemi