"Bakı Fond Birjası" QSC-nin (BFB) Üzvlük Komissiyası “Plato Capital and Co. İnvestisiya Şirkəti” ASC-nin birja üzvlüyündən çıxarılması ilə bağlı qərar qəbul edib.
"Report" bu barədə BFB-yə istinadən xəbər verir.
Məlumata görə, bu qərar investisiya şirkətinin müraciəti əsasında qəbul edilib.
Xatırladaq ki, ötən il bu vaxt Üzvlük Komissiyası "Plato Capital and Co."nun müraciəti əsasında onun birja üzvlüyünü 1 il müddətinə dondurmuşdu.