İyunun 1-i saat 10:00-da “Qala Həyat Sığorta" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, yığıncaq şirkətin Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 5A ünvanında yerləşən baş ofisində olacaq.
Yığıncağın gündəliyinə "Qala Həyat Sığorta"nın 2020-ci il üzrə maliyyə hesabatlarının təsdiq edilməsi və digər məsələlər daxildir.
Xatırladaq ki, “Qala Həyat Sığorta” 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 13 041 600 manatdır. Şirkətin səhmlərinin 90 %-i "AzRe Təkrarsığorta” ASC-yə (“Qala Sığorta” ASC-nin 100 %-lik səhmdarı), 10 %-i isə Kamal İbrahimova (Direktorlar Şurasının sədri) məxsusdur. "Qala Həyat Sığorta" isə "Azər-Türk Bank"ın 5%-lik səhmdarıdır.