İyunun 25-i, saat 16:00-da “Qala Sığorta” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, yığıncaq Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti, 14, 221-ci məhəllə ünvanında olacaq.
Yığıncağın gündəliyinə şirkətin 2020-ci il üzrə illik ümumi hesabatların təsdiqi və səsvermə hüququna malik səhmdarların yekdil razılığı ilə sair məsələlər daxildir.
Xatırladaq ki, "Qala Sığorta" 1999-cu ildən fəaliyyət göstərən "Çartis Azərbaycan" şirkətinin bazasında yaradılıb. Hazırda onun nizamnamə kapitalı 8,05 milyon manatdır. Şirkətin səhmləri 100 % "AzReTəkrarsığorta" ASC-yə ("Qala Həyat Sığorta" ASC-nin 90%-lik səhmdarı) məxsusdur.