Qarşıdakı 3 ildə ADB Azərbaycana 4,5 mln dollar qrant ayıra bilər

Qarşıdakı 3 ildə ADB Azərbaycana 4,5 mln dollar qrant ayıra bilər Bu barədə Bankın Direktorlar Şurası tərəfindən Azərbaycan üzrə 2021-2023 illər üçün təsdiqlənmiş biznes planında qeyd edilir.
Maliyyə
2 Sentyabr , 2020 14:28
Qarşıdakı 3 ildə ADB Azərbaycana 4,5 mln dollar qrant ayıra bilər

Azərbaycan Asiya İnkişaf Bankının (ADB) C qrupuna daxil olan yuxarı orta gəlirli üzv ölkələrindəndir.

“Report” xəbər verir ki, bu barədə Bankın Direktorlar Şurası tərəfindən Azərbaycan üzrə 2021-2023 illər üçün təsdiqlənmiş biznes planında qeyd edilir.

Hesabata görə, 2021-2023-cü illərdə suveren əməliyyatlar aparmaq üçün 412,8 mln ABŞ dollarlıq öhdəlik mövcuddur. Amma həmin dövr üçün təklif edilən borc ayrılmış zərfdən xeyli çox yəni 780 mln ABŞ dollardır. Maliyyə boşluğunu aradan qaldırmaq üçün ortaq maliyyələşmə və başqa mənbələrdən maliyyələşmə imkanları araşdırılacaq.

ADB hesab edir ki, portfelinin genişləndirilməsi Azərbaycanın əsas infrastruktur, nəqliyyat, kənd təsərrüfatı və təhsil sahəsinin inkişafı üçün əlavə mənbələrə tələbatının olduğu göstərir.

Bu portfelə həmçinin ölkədə həyata keçirilən islahatların ikinci fazasına dəstək olacaq kredit programıda daxildir.

2021-2023-cü illərdə PBL proqramı (a policy-based lending) üzrə borclanma ADB-nin PBL üzrə maksimal kredit məbləğinə uyğun müəyyənləşəcək. Son məbləğ isə mənbələrin mövcudluğuna, hökumətin borclanmaya getməsinə və layihələrin hazırlanmasına bağlıdır. Həmin illərdə ADB-nin daxili resurslar və əlavələr hesabına Azərbaycana texniki dəstək layihələri çərçivəsində 4,5 mln ABŞ dollarlıq yardım ayıra bilər.

Son xəbərlər

Orphus sistemi