ABŞ dollarının məzənnəsinin möhkəmlənməsi fonunda dünya bazarında qızılın qiyməti cüzi düşüb.
“Report” xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın avqust fyuçersləri 3,35 ABŞ dolları və ya 0,17 % ucuzlaşaraq 1 unsiyası 1 972,75 ABŞ dolları təşkil edib.
Gümüşün sentyabr fyuçerslərinin qiyməti isə 0,58 % düşüb və 1 unsiyası 23,578 ABŞ dolları olub.