İnvestorların ABŞ-da inflyasiya ilə bağlı statistik məlumatların аçıqlanmasını gözlədikləri bir zamanda qızılın qiyməti artmaqda davam edir.
"Report" birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın fevral fyuçersləri 7,85 ABŞ dolları və ya 0,42 % bahalaşaraq 1 unsiyası 1 886,75 ABŞ dollara satılıb. Gümüşün mart fyuçersləri isə 0,96 % bahalaşaraq 1 unsiyası 23,707 ABŞ dolları təşkil edib.
ABŞ-da illik inflyasiya ilə bağlı dekabr ayı üzrə məlumatlar bu gün dərc olunacaq. Espertlər illik inflyasiyanın bir ay öncəki 7,1%-dən 6,5 %-ə enəcəyini proqnozlaşdırırlar.