Qızıl korreksiya çərçivəsində ucuzlaşıb

Qızıl korreksiya çərçivəsində ucuzlaşıb Son bir neçə gün ərzində qeydə alınan qiymət artımından sonra qızıl korreksiya çərçivəsində cüzi ucuzlaşıb.
Maliyyə
12 Avqust , 2022 12:42
Qızıl korreksiya çərçivəsində ucuzlaşıb

Son bir neçə gün ərzində qeydə alınmış qiymət artımından sonra dünya bazarında qızıl korreksiya çərçivəsində cüzi ucuzlaşıb.

“Report” birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın dekabr fyuçersləri 0,18% ucuzlaşaraq 1 unsiyası 1 803,90 ABŞ dollarına satılıb. Gümüşün sentyabr fyuçerslərinin qiyməti isə 0,13% düşərək 1 unsiyası 20,323 ABŞ dolları təşkil edib.

ABŞ-da illik inflyasiya ilə bağlı açıqlanmış statistikaya görə, ölkədə inflyasiya səviyyəsi 9,1%-dən 8,5%-ə qədər zəifləyib. Bu statistikanın açıqlanmasından öncə qızıl inflyasiya hedci olaraq bahalaşırdı, hazırda isə zəif korreksiya davam edir.

İngilis versiyası Gold prices fall

Son xəbərlər

Orphus sistemi