Qızıl ucuzlaşıb

Qızıl ucuzlaşıb “Təhlükəsiz” investisiyaların alternativ aləti olan ABŞ dövlət istiqrazlarının gəlirliliyinin artması fonunda qızılın qiyməti cüzi ucuzlaşıb.
Maliyyə
7 Sentyabr , 2022 10:14
Qızıl ucuzlaşıb

“Təhlükəsiz” investisiyaların alternativ aləti olan ABŞ dövlət istiqrazlarının gəlirliliyinin artması fonunda qızılın qiyməti cüzi ucuzlaşıb.

“Report” birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın dekabr fyuçersləri 0,41 % və ya 7,05 ABŞ dolları ucuzlaşaraq 1 unsiyası 1 705,85 ABŞ dollarına düşüb. Gümüşün dekabr fyuçerslərinin qiyməti isə 0,42 % düşərək 1 unsiyası 17,832 ABŞ dolları təşkil edib.

Analitiklər qızıl qiymətinə ABŞ-ın dövlət istiqrazlarının gəlirliliyinin artmasının təsir etdiyini hesab edirlər. Belə ki, 10 illik “US Treasuries” istiqrazlarının gəlirliliyi ardıcıl 6 həftədir ki artır və hazırda 3,338% təşkil edir.

Son xəbərlər

Orphus sistemi