Qızıla investisiya tələbi 40 % artıb

Qızıla investisiya tələbi 40 % artıb 2020-ci ildə dünyada qızıla istehlakçı tələbatı son 11 ildə ən aşağı səviyyəyə düşüb
Maliyyə
28 Yanvar , 2021 17:38
Qızıla investisiya tələbi 40 % artıb

2020-ci ildə dünyada qızıla istehlakçı tələbatı son 11 ildə ən aşağı səviyyəyə düşüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Dünya Qızıl Şurasının (WGC) hesabatında deyilir.

“COVID-19 pandemiyası və onun uzunmüddətli təsirləri 2020-ci il ərzində qızıla olan istehlakçı tələbatının azalmasında əsas amil olub və nəticədə illik tələbat 14 % azalaraq 3,76 min ton təşkil edib. Bununla da 2009-cu ildən bəri ilk dəfə tələbat 4 min tondan aşağı düşüb”, - Dünya Qızıl Şurasının son hesabatında deyilir.

Eyni zamanda artan qeyri-müəyyənlik və 2020-ci ildə pandemiyaya qarşı siyasi reaksiya illik investisiya tələbini dəstəkləyib və bu göstərici 40 % artaraq 1,77 min tona yüksəlib. İnvestisiya tələbindəki əsas artım qızıl dəstəkli birja fondlarına (ETF) rekord kapital axını ilə əlaqədar olub, lakin keçən ilin dördüncü rübündə ETF-lərə investisiya tələbində nəzərəçarpacaq dərəcədə azalma baş verib. Külçə və sikkələrə tələbat il ərzində 3 % artıb.

WGC hesabatında qeyd olunur ki, 2020-ci ildə qızılın dollarla qiyməti investorların tələbi dəstəkləməsi ilə 25 % artıb və ilin sonuna qədər bir unsiya qızıl təxminən 1,89 min ABŞ dolları olub.

2020-ci ildə qızıl təklifi də koronavirus pandemiyasından zərər görüb və 4 % azalıb. Bu azalma 2013-cü ildən bəri ən böyük illik geriləmədir. Azalma əsasən koronavirus səbəbi ilə yataqlarda işin dayanması ilə izah olunur.

Dünya ölkələrinin mərkəzi bankları 2020-ci ildə qızıl alışını illik nisbətdə 59 % azaldaraq 273 tona endirib. 2020-ci ilin dördüncü rübündə mərkəzi banklar qlobal aktivlərə 44,8 ton əlavə edərək xalis alış-verişə qayıdıblar.

Qızıl zinət əşyalarına qlobal tələb keçən il 34 % azalıb və 1995-ci ildən bəri aparılan müşahidələr dövründə ən aşağı səviyyəyə düşüb. Buna pandemiya və yüksək qızıl qiymətləri təsir edib. İlin dördüncü rübübdə bərpa olunmasına baxmayaraq, tələb COVID-19 pandemiyası ilə əlaqədar davam edən çətinliklərin öhdəsindən gələ bilməyib. Qlobal tələbdəki illik azalmanın böyük hissəsi Çin və Hindistanda satışların azalması ilə əlaqələndirilir.

Son xəbərlər

Orphus sistemi