Qızıl cüzi bahalaşıb

Qızıl cüzi bahalaşıb İnvestorların aktiv qismində qızıla üstünlük vermələri bu qiymətli metalın bahalaşmasına səbəb olub.
Maliyyə
9 Dekabr , 2021 11:25
Qızıl cüzi bahalaşıb

İnvestorların aktiv qismində qızıla üstünlük vermələri bu qiymətli metalın bahalaşmasına səbəb olub.

“Report” birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın dekabr fyuçersləri 0,11%, yaxud 2 ABŞ dolları bahalaşaraq, 1 unsiyası 1 787,55 ABŞ dollarına satılıb.

Analitiklər hesab edirlər ki, ABŞ və Rusiya arasındakı siyasi gərginlik “təhlükəsiz” aktivlərə olan tələbin artmasına səbəb ola bilər.

İnvestorlar həmçinin ABŞ-da infilyasiya səviyyəsi haqqında məlumatları izləyirlər. Analitiklərin hesablamalarına görə, ölkədə istehlak qiymətləri illik ifadədə 6,8% artıb, bu isə 1982-ci ildən sonra ən böyük göstərici ola bilər.

İngilis versiyası Gold prices grow 0.11%

Son xəbərlər

Orphus sistemi