Qızılın qiymətində eniş qeydə alınıb.
“Report” birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın fevral fyuçersləri 0,32 % və ya 6,05 ABŞ dolları ucuzlaşaraq 1 unsiyası 1915,6 dollara satılıb. Gümüşün mart fyuçerslərinin qiyməti isə 0,08 % düşərək 1 unsiyası 24,385 ABŞ dolları təşkil edib.
ABŞ dollarının möhkəmlənməsi qiymətli metalın qiymətinə mənfi təsir göstərir.
Belə ki, dolların indeksi (ABŞ-ın ticarət tərəfdaşları olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnəsi) 0,14 % artaraq 102,35 bənd təşkil edib. ABŞ valyutasının bahalaşması qızılı digər valyutalarda alış üçün əlverişsiz edir.