Qızılın qiyməti cüzi düşüb

Qızılın qiyməti cüzi düşüb ABŞ-da ümumi daxili məhsulla (ÜDM) bağlı statistikanın açıqlanması ərəfəsində qızıl cüzi ucuzlaşıb.
Maliyyə
25 Yanvar , 2023 10:15
Qızılın qiyməti cüzi düşüb

ABŞ-da ümumi daxili məhsulla (ÜDM) bağlı statistikanın açıqlanması ərəfəsində qızıl cüzi ucuzlaşıb.

“Report” birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın fevral fyuçersləri 0,3 % və ya 5,85 ABŞ dolları ucuzlaşaraq 1 unsiyası 1929,55 dollara satılıb. Gümüşün mart fyuçerslərinin qiyməti isə 0,57 % düşərək 1 unsiyası 23,613 ABŞ dolları təşkil edib.

Treyderlərin diqqəti ABŞ-da ÜDM-lə bağlı statistikanın açıqlanmasına yönəlib. Analitiklər hesab edirlər ki, ötən ilin dördüncü rübündə ölkədə iqtisadi artım illik ifadədə 2,8%-ə qədər azalıb.

Son xəbərlər

Orphus sistemi