Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Radio Televiziya Yayımı və Peyk Rabitəsi” Teleqüllə Kompleksinin və Fatmayı RTYS-nın ərazisində hasarlanma işləri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi fiziki şəxs "Qasımov Niftulla Hafiz oğlu"dur.
Qalibə 12 min 605 manat ödəniləcək.
Qeyd edək ki, Qasımov Niftulla Hafiz oğlunun dövlət büdcəsinə 426,79 manat vergi borcu var.