"Rabitəbank"ın investisiya şirkətinin nizamnamə kapitalı 75 min manat olacaq

"Rabitəbank"ın investisiya şirkətinin nizamnamə kapitalı 75 min manat olacaq "Rabitəbank” ASC-nin 100% təsisçisi olduğu "Kapital Partners" MMC-nin bazasında yaradılan "Capital Partners İnvestisiya Şirkəti" QSC-nin nizamnamə kapitalı 75 min manat təşkil edəcək.
Maliyyə
27 Noyabr , 2020 11:26
Rabitəbankın investisiya şirkətinin nizamnamə kapitalı 75 min manat olacaq
google.az

"Rabitəbank” ASC-nin 100% təsisçisi olduğu "Kapital Partners" MMC-nin bazasında yaradılan "Capital Partners İnvestisiya Şirkəti" QSC-nin nizamnamə kapitalı 75 min manat təşkil edəcək.

Bu barədə “Report”a Bankdan bildirilib.

Məlumatda deyilir ki, investisiya şirkətinin gələn ildən fəaliyyətə başlaması, həm əsas, həm də yardımçı investisiya xidmətləri təklif etməsi planlaşdırılır. Onun əsas fəaliyyət istiqamətləri qiymətli kağızlar və yaxud törəmə maliyyə alətləri ilə bağlı müştəri sifarişlərinin qəbulu və icrası, fərdi investorların portfelinin idarə edilməsi, qiymətli kağızların yerləşdirilməsi, anderraytinqi və investisiya məsləhətlərinin verilməsi olacaq.

“Fəaliyyətinin əsas prinsipləri şəffaflıq, çeviklik və operativlik olan "Capital Partners İnvestisiya Şirkəti"nin gələcək hədəfi bazar iştirakçıları arasında ilk 5-likdə olmaqdır”, - deyə açıqlamada qeyd olunub.

Xatırladaq ki, "Kapital Partners" 2007-ci ilin noyabr ayında, 80 manat nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınıb. Şirkət “Rabitəbank”ın vaxtilə baş ofisinin yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Bünyad Sərdarov küçəsi, 1 ünvanında qeydiyyatdan keçib. Onun qanuni təmsilçisi İbrahim Koroğlu oğlu Mikayılovdur. Kommersiya qurumu “Bakı Fond Birjası” QSC-nin səhmlərinin 4,76%-nə nəzarət edir.

Hazırda Azərbaycanda 10 investisiya şirkəti Mərkəzi Bankın müvafiq lisenziyasına malikdir. Bunlar “ABB-İnvest”, “Azfinance”, “BTB Kapital”, “Xalq Kapital”, “İnvest-AZ”, “MFX-Trading”, “PAŞA Kapital”, “Plato Capital and Co”, “PSG Kapital” və “Unicapital” investisiya şirkətləridir.

Son xəbərlər

Orphus sistemi