"Rabitəbank"ın mənfəəti 3 dəfədən çox artıb

"Rabitəbank"ın mənfəəti 3 dəfədən çox artıb Bank bu ilin I rübünü 3,495 milyon manat mənfəətlə başa vurub
Maliyyə
23 Aprel , 2021 15:56
Rabitəbankın mənfəəti 3 dəfədən çox artıb

"Rabitəbank" ASC bu ilin I rübünü 3,495 milyon manat mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 3,1 dəfə çoxdur.

Yanvar-mart aylarında "Rabitəbank"ın gəlirləri 18,552 milyon manat (illik müqayisədə 25,9 % çox), xərcləri 12,506 milyon manat (19,2 % çox), xüsusi ehtiyatlara ayırmaları 2,552 milyon manat (18,2 % az) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il aprelin 1-nə "Rabitəbank"ın aktivləri 719,914 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 1,5 % çoxdur. Bunun 415,454 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 14,8 % böyüyüb.

Hesabat dövründə "Rabitəbank"ın öhdəlikləri 1,1% artaraq 618,705 milyon manat, o cümlədən depozit portfeli 2,4 % azalaraq 452,16 milyon manat, balans kapitalı isə 4,3 % artaraq 101,21 milyon manat olub.

Xatırladaq ki, “Rabitəbank” 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 101,3 milyon manatdır. Bankın səhmlərinin 40,6 %-i Rauf Əliyevə (“Meqa Sığorta” ASC-nin 19 %-lik səhmdarı), 30 %-i Validə Abbasovaya, 11,48 %-i Zakir Nuriyevə (Bankın Müşahidə Şurasının sədri), 9,11 %-i Dilarə Nuriyevaya, 7,6 %-i Seyran Nuriyevə (Bankın baş direktoru), 1,07 %-i Aslan Xasiyevə (Bankın Müşahidə Şurasının üzvü), 0,14 %-i isə 12 hüquqi şəxsə məxsusdur.

Son xəbərlər

Orphus sistemi