“Renault” ötən ili rekord zərərlə başa vurdu

“Renault” ötən ili rekord zərərlə başa vurdu Şirkətin Baş direktorunun gözləntiləri: 2021-ci il çətin olacaq
Maliyyə
20 Fevral , 2021 13:17
“Renault” ötən ili rekord zərərlə başa vurdu

Fransanın avtomobil istehsalçısı “Renault” 2020-ci ili koronavirus pandemiyasına görə tətbiq edilən məhdudiyyətlərə və tədarük zəncirində qeydə alınan boşluqlara görə, böyük zərərə uğradı.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, qurum 2020-ci ildə 9,7 milyard ABŞ dolları dəyərində zərərinin olduğunu açıqlayıb.

Ekspertlər 2020-ci il üçün “Renault”un zərərini 7,85 milyard avro dəyərində pronozlaşdırılırdı. Lakin zərər 8 milyard avro ( 9,7 milyard ABŞ dolları) dəyərində olub.

“Renault”un baş direktoru Luca de Meo 2021-ci illə bağlı şirkətin gözləntisini açıqlayıb: “Səhiyyə sistemində müşahidə olunan qeyri-müəyyənliklərə, avtomobil sənayesi üzrə lazım olan elektron komponentlərdə tədarük qıtlığına görə 2021-ci il çətin olacaq. Əsas məqsədimiz gəlirlərimizi artırıb mənfəət əldə etməkdır”.

Xatırladaq ki, şirkət mənfəətini artırmaq üçün “Nissan” ilə ortaq olub. “Renault” 14 600 işçisini işdən çıxartmaqla şirkətdəki problemləri aradan qaldırmaq, bəzi istehsal sahələrini bağlamaq və xərcləri azaltmağı planlaşdırır.

Son xəbərlər

Orphus sistemi