Rusiya Bankının (Mərkəzi Bank) Direktorlar Şurası uçot dərəcəsinin daha 0,5 faiz bəndi artırılaraq 5%-dən 5,5%-ə çatdırılması barədə qərar qəbul edib.
"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.
Rusiya Bankı bəyan edib ki, ölkə və dünya iqtisadiyyatı gözləniləndən tez bərpa olunur, inflyasiyanın səviyyəsi isə onun proqnozlarından çoxdur. Sabit amillərin qiymət artımına təsiri tələbin artması ilə genişlənir. Qısa müddətdə bu təsir qlobal əmtəə bazarlarında bahalaşma ilə nəticələnəcək. Gələn ilin II yarısında Rusiyada illik inflyasiya Mərkəzi Bankın hədəfinə uyğun, gələcəkdə isə 4%-ə yaxın olacaq.
Xatırladaq ki, Rusiya Bankı bu il martın 19-da uçot dərəcəsini 4,25%-dən 4,5%-ə, aprelin 23-də isə 4,5%-dən 5%-ə qaldırmışdı.