Rusiya Bankı uçot dərəcəsini artırıb

Rusiya Bankı uçot dərəcəsini artırıb Bu, qonşu ölkədə 2018-ci ildən bəri ilk faiz artımıdır
Maliyyə
19 Mart , 2021 15:33
Rusiya Bankı uçot dərəcəsini artırıb

Rusiya Bankı (Mərkəzi Bank) uçot dərəcəsinin 0,25 faiz bəndi artırılaraq 4,25 %-dən 4,5 %-ə çatdırılması barədə qərar qəbul edib.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu, qonşu ölkədə 2018-ci ildən bəri ilk faiz artımıdır.

"İqtisadiyyatda tələbin sürətli bərpası, inflyasiya təzyiqlərinin artması neytral pul siyasətinə qayıtmağı zəruri edir”, - Rusiya Bankının açıqlamasında qeyd olunub.

Qurum həmçinin uçot dərəcəsinin bundan sonra da artırılması ehtimalının yüksək olduğunu qeyd edib. "Bloomberg" agentliyi isə bu ilin sonuna qədər faizin 5,5-6 % səviyyəsinə çatdırıla biləcəyini yazıb.

Son xəbərlər

Orphus sistemi