Rusiya Bankı (Mərkəzi Bank) uçot dərəcəsinin 4,25 % səviyyəsində saxlanılması barədə qərar qəbul edib.
“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə tənzimləyici qurumun açıqlamasında bildirilir.
“Faizin sabit saxlanılması iqtisadiyyat və qiymət artımı ilə bağlı vəziyyətin birmənalı olmaması ilə bağlıdır. Vəziyyətin bundan sonrakı inkişafı və uçot dərəcəsinin azaldılması potensialı qiymətləndiriləcək”, - deyə Rusiya Bankı bəyan edib.
Xatırladaq ki, Mərkəzi Bank bu ilin sentyabr ayından bəri uçot dərəcəsini dəyişmir.