Rusiyalı oliqarxların Aİ tərəfindən dondurulan aktivlərinin həcmi 14 milyard avroya çatır

Rusiyalı oliqarxların Aİ tərəfindən dondurulan aktivlərinin həcmi 14 milyard avroya çatır Ukraynada hərbi əməliyyatların başlanmasından sonra rusiyalı oliqarxların Avropa İttifaqında (Aİ) dondurulmuş aktivlərinin məbləği 13,8 milyard avro təşkil edib.
Maliyyə
12 İyul , 2022 16:07
Rusiyalı oliqarxların Aİ tərəfindən dondurulan aktivlərinin həcmi 14 milyard avroya çatır

Ukraynada hərbi əməliyyatların başlanmasından sonra rusiyalı oliqarxların Avropa İttifaqında (Aİ) dondurulmuş aktivlərinin məbləği 13,8 milyard avro təşkil edib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Aİ-nin ədliyyə nazirlərinin Praqada keçirilən görüşündə ədliyyə məsələləri üzrə Avropa komissarı Didye Reynders məlumat verib.

Onun sözlərinə görə, əmlakın böyük hissəsini - 12 milyard avroluq aktivləri Aİ-nin 5 ölkəsi dondurub.

“Başqalarını da onlardan nümunə götürməyə təşviq etməliyik. Əlavə məlumat üçün məktublar göndərmişik”, - D.Reynders deyib.

Avrokomissar hazırda bu vəsaitin müsadirə edilməsinin qanuni olaraq mümkün olmadığını bildirib. Lakin o, əmin edib ki, artıq payızda Rusiyaya qarşı sanksiyalardan yayınacağı halda Rusiya şirkətlərinin aktivlərinin müsadirə edilməsinə imkan verən direktiv təqdim olunacaq.

“Oktyabr ayında Aİ sanksiyalarından yayınmağı cinayət sayacaq direktiv təqdim edəcəyəm ki, bu da Aİ ölkələrində Ukraynanın Bərpası Fonduna köçürülə biləcək aktivlərin müsadirəsini təmin edəcək hüquqi prosedurların başlanmasına imkan yaradacaq”, - o söyləyib.

İyulun əvvəlində “Bloomberg” agentliyi mənbələrinə istinadən Aİ ölkələrinin Rusiyanın 14,6 milyard dollarlıq aktivlərini dondurduğunu bildirmişdi.

Buna qədər isə iyun ayında ABŞ-ın 100 gün ərzində Rusiyanın 330 milyard dollarlıq aktivini dondurduğu və ya blokladığı məlum olmuşdu.

Son xəbərlər

Orphus sistemi