“Azərbaycan bankları onların bizneslərinin inkişafına və qazanc perspektivlərinə mane olan artan problemlərlə üz-üzədir. Bu və davamlı xarici təhlükələr bankların kapital ehtiyatlarına, aktivlərin keyfiyyətinə və maliyyə sabitliyinə əvvəllər nəzərdə tutulduğundan daha çox ziyan vura bilər”.
“Report” xəbər verir ki, bu barədə "S&P Global Ratings" beynəlxalq reytinq agentliyinin açıqladığı hesabatda deyilir.
“Biz ehtimal edirik ki, vaxtı keçmiş kreditlərin (Non-Performing Loan – NPL) həcmi 2019-cu ildəki 8 %-lik göstəricidən 2020-2021-ci illərdə 12-15 %-ə çatacaq. Eyni zamanda NPL-in yüksək həddinin və aktivlərin keyfiyyətinin dəyərsizləşməsinin qarşısı 2021-ci ildən etibarən alına biləcəyinə inanırıq. Beləliklə əlavə ehtiyatların yaradılması Azərbaycan bank sektorunun mənfəətliyini 2020-2021-ci illərdə də yubada bilər.
Bir neçə il bundan qabaq [2015-ci ildə] Azərbaycan manatının kəskin qiymətsizləşməsi bank aktivləri ilə öhdəliklər arasında uzun müddət ərzində valyuta disbalansığına səbəb oldu. Nəticədə isə bankların müştəri hesablarında xarici valyutanın payının artmasına (60 %-dən çox) gətirib çıxartdı.
AZN/USD paritetinin nizamsız dəyişkənliyi makroiqtisadi mühitin destabilizasiyasına və bank sektorunda kredit risklərinin yüksəlməsinə gətirib çıxara bilər”.