“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi bu il Azərbaycanda ümumi daxili məhsul (ÜDM) istehsalının 45 milyard ABŞ dolları (77 milyard manat) səviyyəsində olacağını proqnozlaşdırır.
“Report” bu barədə reytinq agentliyinin hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, Azərbaycanda bu il ÜDM-nin artım tempinin 2,1 % olacağı gözlənilir.
Eyni dövrdə adambaşına düşən ümumi daxili məhsul 4,4 min ABŞ dollara çatacağı proqnozlaşdırılır ki, bu da, bu göstəricinin 1,3 % artması deməkdir.