S&P növbəti 3 ildə Azərbaycanda ÜDM-nin artım dinamikasını açıqlayıb

S&P növbəti 3 ildə Azərbaycanda ÜDM-nin artım dinamikasını açıqlayıb Gələcək 3 ildə ÜDM-nin artım tempinin 5,7 %, 3,7 % və 2,2 % səviyyəsində proqnozlaşdırılır.
Maliyyə
23 Yanvar , 2021 11:53
S&P növbəti 3 ildə Azərbaycanda ÜDM-nin artım dinamikasını açıqlayıb

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi növbəti 3 ildə Azərbaycanda ümumi daxili məhsul istehsalının (ÜDM) artım dinamikasını açıqlayıb.

“Report” bu barədə reytinq agentliyinin hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, Azərbaycanda 2022-2024-cü illərdə ümumi daxili məhsul (ÜDM) istehsalı müvafiq olaraq 48, 5154 milyard ABŞ dolları səviyyəsində olacaq. Gələcək 3 ildə ÜDM-nin artım tempinin isə 5,7 %, 3,7 % və 2,2 % səviyyəsində proqnozlaşdırılır.

“Növbəti 3 ildə Azərbaycanda adambaşına düşən ümumi daxili məhsul 4,7 min ABŞ dolları, 5 min ABŞ dolları və 5,2 min ABŞ dolları olacağı gözlənilir ki, bu da, Azərbaycanda adambaşına düşən ÜDM-nin 4,9 %, 2,8 % və 1,4 % artacaq”, - Agentliyinin hesabatında bildirilir.

Son xəbərlər

Orphus sistemi