“S&P” ortamüddətli perspektivdə Azərbaycanda bank risklərini qiymətləndirib

“S&P” ortamüddətli perspektivdə Azərbaycanda bank risklərini qiymətləndirib 2024-2026-cı illərdə Azərbaycanın bank sektorunun kapital gəlirliliyi (ROE) 2023-cü ildəki 17,7 %-ə və 2022-ci ildəki 16,2 %-ə qarşı 16 % təşkil edəcək.
Maliyyə
4 Noyabr , 2024 15:10
“S&P” ortamüddətli perspektivdə Azərbaycanda bank risklərini qiymətləndirib

2024-2026-cı illərdə Azərbaycanın bank sektorunun kapital gəlirliliyi (ROE) 2023-cü ildəki 17,7 %-ə və 2022-ci ildəki 16,2 %-ə qarşı 16 % təşkil edəcək.

"Report" xəbər verir ki, bu barədə "S&P Global Ratings" beynəlxalq reytinq agentliyinin bank riskləri göstəricilərinə dair yenilənmiş hesabatında deyilir. Hesabatda 85 bank sistemi üzrə göstəricilər yenilənib.

Proqnozlara əsasən, Azərbaycan banklarının aktivlərinin gəlirliliyi (ROA) əvvəlki 2 ildəki 2,2 %-lə müqayisədə 3 il ərzində 2,1 % səviyyəsində gözlənilir.

Kreditlərin depozit portfelinə faiz nisbəti 2024-cü ildə 105,1 %, 2025-ci ildə 110,7 %, 2026-cı ildə 116,5 % səviyyəsində proqnozlaşdırılır. 2023-cü ildə bu göstərici 100,9 %, 2022-ci ildə isə 88,7 % olub.

İqtisadiyyat üçün kredit risklərinin qiymətləndirilməsi çərçivəsində S&P 3 il ərzində bankların qeyri-işlək aktivlərinin vəziyyətini və kredit itkilərini də təhlil edib. Belə ki, Azərbaycan banklarında problemli kreditlərin payı 2024-cü ildə sektorun kredit portfelinin 3 %-i, 2025-ci ildə 3,2 %-i, 2026-cı ildə isə 3,4 %-i səviyyəsində olacağı gözlənilir. 2023-cü ildə bu göstərici 2,6 %, 2022-ci ildə isə 3,6 % təşkil edib.

Proqnozlara görə, 2024-2026-cı illərdə bankların kredit itkiləri sektorun kredit portfelinin 1,2 %-ni təşkil edəcək. Bu göstərici 2023-cü ildə 1,1 %, 2022-ci ildə isə 1 % səviyyəsində olub.

Bundan başqa, 2024-cü ildə ev təsərrüfatlarının borcunun ÜDM-də çəkisinin 13,5 %, 2025-ci ildə 15,7 %, 2026-cı ildə isə 17,5 % olacağı proqnozlaşdırılır. 2022-ci ildə bu göstərici 8,4 %, 2023-cü ildə isə 11,4 % təşkil edib.

Bu il korporativ sektorun borcunun ÜDM-də payı 9,1 %, 2025-ci ildə 10,2 %, 2026-cı ildə isə 11 % səviyyəsində proqnozlaşdırılır. 2022-ci ildə bu rəqəm 6,6 % təşkil edib, 2023-cü ildə isə 8,1 %-ə yüksəlib.

2024-cü ildə özəl sektorun borcu ÜDM-də çəkisi 22,6 %, 2025-ci ildə 25,9 %, 2026-cı ildə isə 28,5 % səviyyəsində gözlənilir. Özəl sektorun borcu bu il 3,1 %, 2025-ci ildə 3,3 %, 2026-cı ildə isə 2,5 % artacaq.

2022-ci ildə bu göstərici 15,1 % (azalma 3,3 %) təşkil edib, 2023-cü ildə isə 19,5 %-ə yüksəlib (artım 4,4 %).

S&P-nin proqnozlarına görə, inflyasiya nəzərə alınmaqla mənzil qiymətləri 2024-cü ildə 5,3 %, 2025-ci ildə 3,8 %, 2026-cı ildə isə 3,4 % artacaq. 2022-2023-cü illərdə isə müvafiq olaraq 5,3 % və 0,9 % azalma qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi