Sahibkarlığın İnkişafı Fondunun xalis mənfəəti 12 % azalıb

Sahibkarlığın İnkişafı Fondunun xalis mənfəəti 12 % azalıb İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu (SİF) 2022-ci ili 15,509 milyon manat xalis mənfəətlə başa vurub.
Maliyyə
14 Aprel , 2023 14:14
Sahibkarlığın İnkişafı Fondunun xalis mənfəəti 12 % azalıb

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu (SİF) 2022-ci ili 15,509 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” Fondun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 12,3 % azdır.

Ötən il SİF-in əsas əməliyyat (faiz) gəlirləri 13,31 milyon manat (əvvəlki ilə nisbətən 14,2 % çox), digər (qeyri-faiz) əməliyyat gəlirləri 1,065 milyon manat (2,3 dəfə az), ehtimal olunan kredit zərərlərinin bərpası üzrə gəlirləri 8,945 milyon manat (14,3 % az), əməliyyat xərcləri 6,676 milyon manat (9,7 % çox), mənfəət vergisi ödəmələri isə 1,135 milyon manat (41 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə SİF-in aktivləri 951,891 milyon manat olub ki, bu da illik müqayisədə 13 % çoxdur. Hesabat dövrünə Fondun öhdəlikləri 849,3 dəfə azalaraq 20 min manata düşüb, o cümlədən dövlət subsidiyaları üzrə öhdəlikləri 100 % azalıb, balans kapitalı isə 15,4 % artaraq 951,871 milyon manata çatıb.

Xatırladaq ki, SİF ölkə prezidentinin “Sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” 31 iyul 2018-ci il tarixli fərmanı ilə, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun bazasında yaradılıb. Onun nizamnamə kapitalı 1 milyard 7,307 milyon manatdır.

Son xəbərlər

Orphus sistemi