Şahmar Mövsümov: "Davamlı inkişaf üçün rəqabət qabiliyyətli iqtisadiyyat vacibdir"

Şahmar Mövsümov: "Davamlı inkişaf üçün rəqabət qabiliyyətli iqtisadiyyat vacibdir" Davamlı inkişafa nail olmaq üçün rəqabət qabiliyyətli iqtisadiyyatın qurulması vacibdir, buna da, yalnız şaxələnmiş iqtisadiyyatla nail olmaq mümkündür
Maliyyə
25 Fevral , 2022 10:17
Şahmar Mövsümov: Davamlı inkişaf üçün rəqabət qabiliyyətli iqtisadiyyat vacibdir

İlk xəbər saat 09:47-də verilib

"Davamlı inkişafa nail olmaq üçün rəqabət qabiliyyətli iqtisadiyyatın qurulması vacibdir, buna da, yalnız şaxələnmiş iqtisadiyyatla nail olmaq mümkündür".

“Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin sahibkarların iştirakı ilə videoformatda keçirdiyi “İnklüziv və davamlı inkişaf üçün vergi islahatları: rəqəmsal transformasiya ilə könüllü əməletməyə doğru” mövzusunda forumda Prezidentin köməkçisi – Prezident Administrasiyasının (PA) İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

Onun sözlərinə görə, bütün dünya ölkələri rəqəmsal transformasiyaya keçmək məcburiyyətdir: “Sevindirici haldır ki, Azərbaycanda da rəqəmsal transformasiya siyasəti aparılır".

"Bu gün birmənalı olaraq deyə bilərik ki, rəqəmsal transformasiya yalnız iqtisadiyyatı deyil, bütövlükdə cəmiyyəti irəli aparacaq əsas vasitədir. Texnologiyaların sürətli inkişafı və çeşidliyi cəmiyyətləri, eyni zmanada xidmət göstərən sahibkarlıq subyektlərini öz iş prinsiplərini daim yeniləməyə məcbur edir. Bunun nəticəsidir ki, Beynəlxalq Məlumat Korporasiyası bu il rəqəmsal transformasiyanı reallaşdırmağa imkan verən texnologiya və xidmətlərə çəkiləcək xərclərin 2 trilyon ABŞ dollarına çatacağını proqnozlaşdırır. Araşdırmalara görə, 2035-ci ilə qədər bu sahədə 13 trilyon ABŞ dollara qədər dəyər yaradılacaq, 22 milyon iş yeri açacaq, qlobal süni intellekt bazarının həcmi 2030-cu ilə qədər 15 trilyon ABŞ dollarşna çatacaq. Bu rəqəmlər ölkələri texnoloji liderlik yarışına girməyə sövq edir. Hökumətlər qabaqcıl texnologiyalar və qabaqcıl texnoloji layihələrlə əlaqəli əqli mülkiyyət əldə etmək üçün bütün mümkün vasitələrdən istifadə edirlər. Belə investisiyaların və xərclərin olduğu dünyada ayaqda qalmaq üçün rəqəmsal transformasiya bir məcburiyyətdir", - deyə Ş.Mövsümov əlavə edib.

O, Dövlət Vergi Xidmətinin bu istiqamətdə addımlar atdığını deyərək bunu təqdir edib: "Təbii ki, Azərbaycan da bu prosesdə fəaldır. Rəqəmsal texnologiyaların tətbiqi ilə xidmətlərin göstərilməsi, dövlət idarəçiliyinin təkmilləşdirilməsi və rəqəmsal cəmiyyətin formalaşdırılması istiqamətində işlər aparılır. Xüsusilə dövlət başçısının rəhbərliyi ilə rəqəmsal hökumətə keçid, innovativ inkişaf sahəsində koordinasiyanın təmini, texnologiyanın rəqəmsallaşdırılması və transferi baş verir. Ölkədə aparılan rəqəmsal transformasiya siyasətinin tərkib hissəsi vergi inzxibatçılığında rəqəmsal texnologiyaların tətbiqi, o cümlədən kölgə iqtisadiyyatının miqyasının azaldılması, dövlət biznes münasibətlərində şəffaflığın təmin edilməsidir. Bu istiqamətdə əldə edilmiş nəticələr, iqtisadiyyatın şəffaflıq səviyyəsinin yüksəlməsi nəticə etibarı ilə dövlət büdcəsinin də gəlirlərinin artmasına gətirib çıxarıb.

Bu gün Dövlət Vergi Xidməti büdcə daxilolmalarını təmin edir - vergi, sosial və icbari tibbi sığorta üzrə yığımları həyata keçirir. Ötən il vergi daxilolmalarında əhəmiyyətli artım qeydə alınıb. Bu, xidmətdə keyfiyyət çevikliyinin göstəricisidir. Ölkədə könüllü əməletmə səviyyəsinin artması müsbət nəticədir. Biz elə bir cəmiyyətə doğru istiqamətlənmişik ki, burada sahibkarlar öz öhdəliklərinin icrasında məcburi deyil, təşviq, sadə və rahat xidmətlər vasitəsi ilə könüllü iştirak edir. Davamlı inkişafa nail olmaq üçün rəqabət qabiliyyətli iqtisadiyyatın qurulması vacibdir. Yalnız şaxələnmiş iqtisadiyyat dayanıqlı ola bilər. Bunun üçün əsas məqsəd iqtisadiyyatda qeyri-neft sektorunun payını artmasına nail olmaq, vergi siyasəti, inzibatçılıqda və qanunvericilikdə aparılacaq islahatlara dövlət büdcəsinin xərclərini təmin etmək üçün adekvat imkanlar yaratmaqla yanaşı, sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasıdır".

Son xəbərlər

Orphus sistemi