Samir Şərifov: "Büdcənin neft-qaz gəlirləri 750 milyon manat azalacaq"

Samir Şərifov: "Büdcənin neft-qaz gəlirləri 750 milyon manat azalacaq" 2025-ci ildə Azərbaycanın dövlət büdcəsinin neft-qaz sektorundan gəlirləri 2024-cü illə müqayisədə təxminən 750 milyon manat az olacaq.
Maliyyə
19 Noyabr , 2024 16:06
Samir Şərifov: Büdcənin neft-qaz gəlirləri 750 milyon manat azalacaq
Samir Şərifov / Report

2025-ci ildə Azərbaycanın dövlət büdcəsinin neft-qaz sektorundan gəlirləri 2024-cü illə müqayisədə təxminən 750 milyon manat az olacaq.

"Report" xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları və Regional məsələlər komitələrinin birgə iclasında bildirib.

"Bunun səbəblərindən biri Azərbaycan neftinin büdcə qiymətinin 75 ABŞ dollarından 70 ABŞ dollarına endirilməsi, digər səbəbi isə neft yataqlarımızın ehtiyatlarının tükənməsidir", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi