Samir Şərifov: "I rübdə büdcə xərcləri üzrə proqnoz 99% icra olunub"

Samir Şərifov: "I rübdə büdcə xərcləri üzrə proqnoz 99% icra olunub" "I rüb üzrə büdcə xərclərinin icrası adətən o qədər yüksək olmur, amma bu il 99 % olub".
Maliyyə
13 Aprel , 2022 09:28
Samir Şərifov: I rübdə büdcə xərcləri üzrə proqnoz 99% icra olunub
Samir Şərifov

"I rüb üzrə büdcə xərclərinin icrası adətən o qədər yüksək olmur, amma bu il 99 % olub".

"Report" xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov ötən gün Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş və bu ilin I rübünün yekunlarına həsr olunmuş müşavirədə deyib.

“Hətta belə bir yüksək icra səviyyəsi şəraitində dövlət büdcəsinin gəlirlərinin bir tərəfdən fiskal orqanlar tərəfindən artıqlaması ilə yerinə yetirilməsi, digər tərəfdən isə Dövlət Neft Fondundan 423 milyon manat məbləğində vəsaitin alınmaması şəraitində dövlət büdcəsinin profisiti 1 milyard 380 milyon manat təşkil edib. Bu, olduqca gözəl bir göstəricidir. Dövlət büdcəsinin xərcləri, qeyd etdiyim kimi, həmin dövr üzrə 5 milyard 630 milyon manat və yaxud 99 % icra edilib. Əsas dövlət vəzifələri, dövlətin büdcədən maliyyə yardımları və digər proqramlarının maliyyələşdirilməsi tam təmin olunub və dövlət büdcə təşkilatları tərəfindən xəzinədarlıq orqanlarına təqdim etdiyi büdcə sifarişləri tam icrasını tapıb", - deyə o, qeyd edib.

Son xəbərlər

Orphus sistemi