Samirə Musayeva: "Azərbaycanda karbon vergilərinin geri qaytarılmasına yönəlik mexanizmlər hazırlanmalıdır"

Samirə Musayeva: "Azərbaycanda karbon vergilərinin geri qaytarılmasına yönəlik mexanizmlər hazırlanmalıdır" Azərbaycan hökuməti aidiyyəti qurumlarla birlikdə karbon qiymətqoyma ilə bağlı müxtəlif ssenarilər üzərində müzakirələrini davam etdirir.
Maliyyə
31 Oktyabr , 2024 12:03
Samirə Musayeva: Azərbaycanda karbon vergilərinin geri qaytarılmasına yönəlik mexanizmlər hazırlanmalıdır

Azərbaycan hökuməti aidiyyəti qurumlarla birlikdə karbon qiymətqoyma ilə bağlı müxtəlif ssenarilər üzərində müzakirələrini davam etdirir.

“Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin sədr müavini Samirə Musayeva, İqtisadiyyat Nazirliyi və BMT-nin Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən “Gələcəyin sədaları: İqlim fəaliyyəti və qlobal məqsədlərə yönələn səylərin əlaqələndirilməsi” “Gələcəyin sədaları: İqlim fəaliyyəti və qlobal məqsədlərə yönələn səylərin əlaqələndirilməsi” mövzusunda 5-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda deyib.

Onun sözlərinə görə, həm ev təsərrüfatlarına, həm də kiçik və orta biznes subyektlərinə karbon vergilərinin təsirini azaltmaq üçün toplanan karbon vergilərinin geri qaytarılmasına yönəlik mexanizmlər də karbon qiymətqoyma siyasəti hazırlanarkən nəzərə alınmalıdır.

“Karbon qiymətqoymanın əsas məqsədi əlavə gəlir əldə etmək deyil, iqlim hədəflərinə nail olmaq üçün yüksək emissiyalı sahələr üzərinə vergi tətbiq etməklə bu sahələri daha az emissiyalı və enerji səmərəli sahələrə sərmayə yatırmağa təşviq etməkdir. Bu vəsaitlərin, eyni zamanda, qiymət artımından əziyyət çəkən sosial həssas təbəqələrə və mikro sahibkarlara qaytarılması yolu ilə ədalətli keçidin təmin olunması vacibdir”, - deyə S. Musayeva qeyd edib.

Son xəbərlər

Orphus sistemi