"Dünya Bankı hökumətlərin müraciəti əsasında yenidənqurma və bərpa layihələrində iştirak edir. Əgər Azərbaycan tərəfindən də belə müraciət olarsa biz bu sahədə öz təcrübəmizi bölüşməyə hazırıq".
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dünya Bankının (DB) Azərbaycan nümayəndəliyinin rəhbəri Sara Maykl DB-nin Qarabağın bərpasında iştirak etməsi ilə bağlı məsələlərə aydınlıq gətirərkən deyib.
S.Maykl bildirib ki, təmsil etdiyi qurumun bununla bağlı geniş təcrübəsi var:
"Dünya Bankının yaradılandan tam adı Beynəlxalq Yenidənqurma və İnkişaf Bankıdır. Bu o deməkdir ki, bərpa və yenidənqurma Dünya Bankının öz kimliyini təşkil edir. Dünyanın müxtəlif yerlərində oxşar məsələlərdə Dünya Bankının böyük təcrübəsi var. Əgər Azərbaycan hökuməti də müraciət edərsə buz buna dəstək verməyə hazırıq".
Azərbaycan 1992-ci ildən Dünya Bankının üzvüdür. Bu günədək bank 50-dən çox layihənin həyata keçirilməsi üçün Azərbaycana ümumilikdə 3,5 milyard ABŞ dolları məbləğində kredit ayırıb.