Sərmayə banklarının gəliri 6 ilin ən yüksək həddinə çatıb

Sərmayə banklarının gəliri 6 ilin ən yüksək həddinə çatıb “Coalition” analitik mərkəzinin araşdırmasına görə, birinci rübdə son 6 ilin ən yüksək həddi qeydə alınıb
Maliyyə
27 May , 2021 13:11
Sərmayə banklarının gəliri 6 ilin ən yüksək həddinə çatıb

Bu ilin birinci rübündə dünyanın 12 ən iri sərmayə bankının gəliri 62,9 milyard ABŞ dolları olub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 39 faiz çoxdur.

“Report” xəbər verir ki, “Coalition” analitik mərkəzinin araşdırmasına görə, birinci rübdə son 6 ilin ən yüksək həddi qeydə alınıb.

O cümlədən səhmlərin satışı 17,7 milyard dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 63 faiz çoxdur, yatırılan sərmayə həcmi rekord 17,1 milyard dollar (73 faiz), sabit gəlirli aktivlərlə (FICC) əməliyyatlardan gəlirləri də 28 milyard dollar (15 faiz) təşkil edib.

Sadalanan rəqəmlər “Goldman Sachs Group”, “JPMorgan Chase & Co.”, “Citigroup Inc.”, “Bank of America Corp.”, “Morgan Stanley”, “Deutsche Bank”, “Barclays”, “Credit Suisse”, UBS, “HSBC Bank Plc”, “BNP Paribas”, “Societe Generale” banklarına şamil olunur. Eyni zamanda, böyük həcmdə xammalla əməliyyatlar aparan Avstraliya, Kanada, habelə inkişaf edən ölkələr bankları nəzərə alınmayıb.

Son xəbərlər

Orphus sistemi