SOCAR daha 100 milyon dollarlıq istiqraz buraxır

SOCAR daha 100 milyon dollarlıq istiqraz buraxır Dövlət Neft Şirkəti (SOCAR) bu il daha 100 milyon ABŞ dolları məbləğində istiqraz buraxmağı planlaşdırır.
Maliyyə
7 Yanvar , 2021 14:22
SOCAR daha 100 milyon dollarlıq istiqraz buraxır

Dövlət Neft Şirkəti (SOCAR) bu il daha 100 milyon ABŞ dolları məbləğində istiqraz buraxmağı planlaşdırır.

“Report”un əldə etdiyi məlumata görə, bununla bağlı hazırlıq işlərinə başlanılıb.

Söhbət 2016-cı ildə reallaşdırılmış ilk emissiyada olduğu kimi, hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 100 min ədəd istiqrazdan gedir. İstiqrazlar kütləvi təklif üsulu ilə "Bakı Fond Birjası" QSC-də yerləşdiriləcək. Amma onların illik gəlirliliyi indi dövriyyədə olan istiqrazlarla müqayisədə 0,5 faiz bəndi az – 4,5% təşkil edəcək.

Qiymətli kağızlar yenə də 5 il müddətində dövriyyədə olacaq, faizlər isə rüblük ödəniləcək. Prosesin anderrayteri “PSG Kapital İnvestisiya Şirkəti” QSC olacaq.

Xatırladaq ki, SOCAR-ın ölkə daxilində ilk istiqrazlarının tədavül müddəti bu ilin oktyabr ayında başa çatır.

Son xəbərlər

Orphus sistemi