Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyi ötənilki maliyyə-təsərrüfat fəaliyyətinin auditi üçün kotirovka sorğusu elan edib.
“Report” xəbər verir ki, sorğuda iştirak etmək istəyənlər təkliflərini aprelin 26-sı, saat 12:00-a qədər qurumun yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, 1965 ünvanına ("Çinar Park" iş mərkəzi) təqdim edə bilərlər.
Maraqlanan təşkilatlar (012) 525-41-30 (daxili: 5157) telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.