Ləğv prosesində olan “Standard Insurance” Sığorta Şirkəti ASC-nin əmlaklarının bir hissəsi hərrac yolu ilə satılıb.
Bu barədə “Report” qurumun Ləğvetmə Komissiyasına istinadən xəbər verir.
Məlumata görə, Bakı Kommersiya Məhkəməsinin iyulun 29-da qəbul etdiyi “Standard Insurance”in müflis elan olunması ilə bağlı qərarı sentyabrın 14-də qüvvəyə mindikdən sonra sığorta şirkətinin balansında olan 11 ədəd avtomobil və bir sıra digər avadanlıqlar hərraca çıxarılıb. Onların realizə edilməsindən 130 743 manat vəsait əldə olunub. O cümlədən avtomobillərin satışından 125 031 manat pul daxil olub.
Hərrac yolu ilə artıq satışı həyata keçirilən avtomobillər barədə ətraflı məlumat aşağıdakı cədvəldə təqdim olunub:
№ |
Marka |
Model |
Buraxılış ili |
Dövlət nömrə nişanı |
Satış qiyməti |
Hərracın tarixi |
1 |
HYUNDAI |
TUCSON |
2009 |
90AH799 |
7,600 |
27.11.2020 |
2 |
HYUNDAI |
SONATA |
2014 |
99PE615 |
15,675 |
27.11.2020 |
3 |
CHEVROLET |
AVEO |
2012 |
90PG490 |
4,750 |
27.11.2020 |
4 |
HYUNDAI |
ACCENT |
2012 |
10PJ964 |
12,400 |
11.01.2021 |
5 |
VAZ21214 |
NİVA |
2012 |
90PV348 |
5,630 |
11.01.2021 |
6 |
HYUNDAI |
ACCENT |
2012 |
90PB859 |
9,975 |
30.11.2020 |
7 |
HYUNDAİ |
SONATA |
2011 |
10PX615 |
13,350 |
01.12.2020 |
8 |
HYUNDAİ |
TUCSON |
2008 |
90AK799 |
11,994 |
19.02.2021 |
9 |
KIA |
CERATO |
2011 |
99PB461 |
13,433 |
19.02.2021 |
10 |
HYUNDAI |
ACCENT |
2012 |
10PJ966 |
11,034 |
19.02.2021 |
11 |
HYUNDAI |
IX35 |
2008 |
10PK931 |
19,190 |
19.02.2021 |
Cəmi yekunda |
125031 |
“Standard Insurance”in əmlaklarının satışını “Bakı Hərrac Mərkəzi” və “Xəzəryanı İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC-lər həyata keçirib. Bu proses ölkə qanunvericiliyinə və təsdiq edilmiş hərrac qaydalarına əsasən açıq yolla davam etdiriləcək və ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti sığorta şirkətinin lisenziyasını bu il mayın 19-da ləğv edib.