"Azərbaycanda gələn il üçün nəzərdə tutulan güzəştlərin 50 %-i əlavə dəyər vergisi (ƏDV) ilə bağlıdır".
“Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Tahir Mirkişili bildirib.
"Bu da dövlətin sosial siyasət həyata keçirdiyini göstərir", - o deyib.
Bundan başqa, deputat söyləyib ki, bu il Azərbaycanda, təxminən, 130 milyard manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal olunması gözlənilir ki, bu da ölkə tarixinin ən yüksək göstəricisidir.