"Türk Hava Yolları" ötən ili zərərlə başa vurub

"Türk Hava Yolları" ötən ili zərərlə başa vurub Türkiyənin milli aviadaşıyıcısı "Türk Hava Yolları" (THY) şirkəti 2020-ci ili 5,588 milyard lirə (təxminən 760 milyon ABŞ dolları) zərərlə başa vurub
Maliyyə
2 Mart , 2021 11:17
Türk Hava Yolları ötən ili zərərlə başa vurub

Türkiyənin milli aviadaşıyıcısı "Türk Hava Yolları" (THY) şirkəti 2020-ci ili 5,588 milyard lirə (təxminən 760 milyon ABŞ dolları) zərərlə başa vurub. Halbuki, aviaşirkət 2019-cu ildən 4,536 milyard lirə (təxminən 620 milyon dollar) mənfəətlə çıxmışdı.

“Report” xəbər verir ki, bu barədə THY-nin ötənilki fəaliyyəti ilə bağlı hesabatında bildirilir.

Sənədə əsasən, milli aviadaşıyıcı 2020-ci ildə 46,4 milyard lirə (təxminən 6,3 milyard dollar) gəlir əldə edib. Bu, 2019-cu ilə nisbətən 38,2% azdır.

Hesabat dövründə aviaşirkətin xərcləri isə bundan çox, o cümlədən məzənnə fərqindən zərəri və faiz ödəmələri 5,906 milyon lirə (təxminən 805 milyon dollar) təşkil edib. Bu isə illik müqayisədə 3,4 dəfə çoxdur.

İl ərzində THY-nin ümumi borcu da 39,4% artıb və bu il yanvarın 1-nə 147,9 milyard lirə (təxminən 20,15 milyard dollar) təşkil edib.

Bununla belə, aviaşirkətin aktivləri də 27,6% artıb və 187,4 milyard lirəyə (25,5 milyard dollar) çatıb.

Son xəbərlər

Orphus sistemi