Türk lirəsinin dəyəri 17 % azalıb

Türk lirəsinin dəyəri 17 % azalıb Türk lirəsi prezident Tayyib Ərdoğanın Mərkəzi Bankının rəhbərinin dəyişdirilməsi qərarından sonra azalıb
Maliyyə
22 Mart , 2021 12:42
Türk lirəsinin dəyəri 17 % azalıb

Türk lirəsi prezident Tayyib Ərdoğanın Mərkəzi Bankının rəhbərinin dəyişdirilməsi qərarından sonra Asiya ticarət bazarlarında 17 % azalıb

Report“ bu barədə “Reuters”ə istinadən xəbər verir.

Məlumata görə, ABŞ dolların türk valyutasına qarşı məzənnəsi cümə günü 7,22 lirədən 8,34 lirəyə yüksəlib və ötən ilin noyabr ayında göstərilən tarixi minimumu az qala yeniləyəcəkdir.

Xatırladaq ki, martın 18-də Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 17 %-dən 19 % -ə qaldırıb. Bundan sonra Ərdoğan tənzimləyicinin rəhbəri Naci Ağbalı istefaya göndərmişdi. Mərkəzi Bankın yeni sədri əvvəllər faiz artımına qarşı mətbuatda çıxış edən Şahap Kavdjioğlu oldu. Bununla da, o, 20 ayda Mərkəzi Bankın rəhbəri vəzifəsinə təyin olunan dördüncü şəxs olub.

İngilis versiyası Turkish lira plunges 17%

Son xəbərlər

Orphus sistemi