Türk lirəsinin ucuzlaşması rekord həddə çatıb

Türk lirəsinin ucuzlaşması rekord həddə çatıb Bu gün valyuta hərraclarında türk lirəsinin məzənnəsi daha 2 % zəifləyib.
Maliyyə
3 Dekabr , 2021 16:03
Türk lirəsinin ucuzlaşması rekord həddə çatıb

Bu gün valyuta hərraclarında türk lirəsinin məzənnəsi daha 2 % zəifləyib. 

"Report" xəbər verir ki, bununla da Türkiyənin milli valyutasının ucuzlaşması rekord həddə çatıb. 

Belə ki, Bakı vaxtı ilə saat 13.45-ə olan vəziyyətə görə 1 ABŞ dolları 13,89 lirəyə bərabər olub ki, bu da indiyə qədər qeydə alınmış ən yüksək həddir. 

Lirənin kəskin ucuzlaşmasını şərtləndirən başlıca amil “Fitch” beynəlxalq reytinq agentliyinin Türkiyənin xarici valyutada uzunmüddətli defoltu reytinqi üzrə proqnozunu "Sabit"dən "Mənfi"yə dəyişdirməsidir. 

Bu arada Türkiyə Mərkəzi Bankı lirənin məzənnəsini qorumaq üçün bazara əlavə valyuta kütləsi buraxacaqlarını açıqlayıb.

Son xəbərlər

Orphus sistemi