Türkiyə Mərkəzi Bankı 2022-ci ilin dekabrından bəri ilk dəfə uçot dərəcəsini 9 %-dən 8,5 %-ə endirmək qərarına gəlib.
"Report" bu barədə Mərkəzi Bankın məlumatına istinadən xəbər verir.
"Mərkəzi Bankın Pul Siyasəti Komitəsi əsas uçot dərəcəsini 50 baza bəndi azaldaraq 8,5 %-ə endirib. Zəlzələnin yaxın perspektivdə iqtisadi aktivliyə təsir edəcəyi gözlənilsə də, ortamüddətli perspektivdə iqtisadi göstəricilərə daimi təsir göstərməsi gözlənilmir", - məlumatda deyilir.