Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini kəskin artırıb

Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini kəskin artırıb Bu gün Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin növbəti iclası keçirilib.
Maliyyə
19 Noyabr , 2020 15:11
Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini kəskin artırıb

Bu gün Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin növbəti iclası keçirilib.

"Report" quruma istinadən xəbər verir ki, iclasda uçot dərəcəsi 4,75 faiz bəndi artırılaraq 10,25 %-dən 15 %-ə çatdırılıb.

Xatırladaq ki, uçot dərəcəsi TMB-nin bu il yanvarın 16-da keçirilmiş iclasında 0,75 % azaldılaraq 12 %-dən 11,25 %-ə, fevralın 19-da keçirilmiş iclasında 11,25 %-dən 10,75 %-ə, martın 17-də keçirilmiş iclasında 10,75 %-dən 9,75 %-ə, aprelin 22-də keçirilmiş iclasında 9,75 %-dən 8,75 %-ə, mayın 21-də keçirilmiş iclasında isə 8,75 %-dən 8,25 %-ə endirilib, sentyabrın 24-də keçirilmiş iclasında 8,25 %-dən 10,25 %-ə qaldırılıb.

Son xəbərlər

Orphus sistemi